Arqınlar, Kəngərlər və Qutilər - Qurban Qurbanov

Arqınlar, Kəngərlər və Qutilər - Qurban Qurbanov
 

Arqınlar

Ar-qın /Ar-qun (ər və hun) tayfaları şimal hunlarının yerli əhali ilə ittifaqından meydana gəlib.
Arqınların yaranma tarixi Kanha-Vara dovrunə aiddir. Hər iki xalq eyni dildə danışırdı. Kanha-Vara dulus çarxının və döyüş arabasının meydana gəldiyi yerdir. Bəşəriyyətin böyük ixtiraları bu xalq tərəfindən yaradılmışdır.

Yüzilliklər keçdi. Arqınlar geoloji kəşfiyyat və metallurgiyanın bütün nüanslarını - tunc, dəmir, polad, gümüş, qızıl istehsalını mənimsədilər. Bu, onlarda yeni yaranan tayfa birliklərinin adlarında - toxar, bulqar, tatar, xəzər, hunqar və s. öz əksini tapdı. Daha sonrakı yüzilliklərdə onlar Avropaya köç etdilər. Avropada bütün bu tayfaları Ari adlandırmağa başladılar. Daha sonra onlar avropalılara yataqları necə tapmaq, filizi çıxarmaq və metalı əritmək yollarını öyrətdilər.

Qazaxıstanın metallurgiya mərkəzi Sarı -Arkadır, lakin qədim metallurgiya mərkəzi kimi Arkaim də var. Qazaxıstan SSR-in ilk akademiki K.İ.Satpaevin əsərlərində Avrasiyada filizdən metal alınması üçün ən qədim sobaların eskizləri var. Bu qazax təndiridir. Təndir universal sobadır, onda metal əritmək, çörək bişirmək və kərpic yandırmaq mümkündür. Bu sobalar Cezqazqanda yerləşirdi. Metal əritmə sobalarında filizdən metalın ayrılması üçün daş kömürdən istifadə edirlər. Lakin bəzi qiymətli metalların ərimə temperaturu ağaşı olduğu üçün ağac kömüründən də istifadə edirdilər.

Qafqazın və Orta Asiyanın bütün dillərində "dzhez" və ya "chez" sözü bürünc deməkdir. A.Sklyarov öz mühazirələrində ilk bürüncün vətəni kimi bu bölgədən bəhs edir.

Qazaxıstanın ucsuz-bucaqsız çöllərinin ortasında sanki keçmiş sivilizasiyaların dövrünə aid süni şəkildə yaradılmış qoruqlar- Borovoe, Karkaralinsk, Bayan-Aul, Uly-Tau, Ermen-Tau və s. var. Qoruqların ətrafında anlaşılmaz bir şəkildə ərimiş dağlar və meşələr var. Dağların və meşələrin ortasında həmişə bir göl olur. Məlum oldu ki, bu, filiz mədənlərinin qalıqlarıdır.

Kengirlər/kəngərlər

Qədim yunan" səlnamələrində arimaspi, türk mənbələrində isə "kenqir" kimi xatırlanan tayfalar Mərkəzi Asiyadan gələn tayfalar idi.
Şumerlər gil lövhələrində özlərini “Kiengir” adlandırırdılar. "Kiengir rayonundan gəldik" - gil üzərində belə yazılmışdır. Oseoloqlar (şumer mətnlərini oxuyanlar) Yaxın Şərqin, Hindistanın, İranın, Ərəbistanın bütün salnamələrini nəzərdən keçirdilər, lakin belə toponimlərə rast gəlmədilər. Amma Mərkəzi Asiyanın türk toponimlərinə baxmağı "unutdular".Görünür oseoloqlar “kenqir” sözünü düzgün izah etmək istəmirlər.

Qazaxıstanda isə bu günə qədər minilliklər boyu "Kengir" adlı iki toponim qorunub saxlanılmaqdadır. Biri Qara-Kengir çayıdır, onun sahilində Cezkazqan şəhəri yerləşir, burada K.I.Satpayev filizdən metalları ayırmaq üçün Avrasiyada ən qədim sobaları tapmışdır, ikincisi - eramızın 5-ci əsr Mançu xəritəsində - Qazaxıstanın Ust-Kamenoqorsk şəhərinin yerində qədim türk şəhəri Kengir-Tura. Bu təsadüfdürmü? Əlbəttə yox.

Hər iki yerdə arqın tayfaları yaşayıblar. Burada yaşıl otlaqlar yayda nadir hallarda quruyur, meşə var. Şumer lövhələrində isə yazılır ki, onların - Kenqirlərin vətənində meşələr var və onlar meşə olan yerlərə geniş ehtiramla yanaşırlar. Şumer Urunda isə meşə yoxdur. Ağac metallurgiyasında isə meşə zəruri komponentdir.

“Kenqir” sözü nə deməkdir və onu müasir qazax dilində necə başa düşmək olar? "Ken" filizdir, “Qir” isə insan əli ilə hazırlanmış məmulat deməkdir. Eynilə türkcədə kərpic sözü kir + piç. Piç - bişirmək mənasını verir.
Arqın tayfasının genetik analizi qədim Şumerlərlə 80 faiz uyğunluq göstərdi.

Qutilər/Kutilər

Sarqon, qazax dilində Sarı-Hun deməkdir. Eramızdan 2200 əvvəl qutilər Babilə girdilər və hakimiyyəti ələ keçirdilər, padşah oldular. Elamlılar Babilə girə bilmədilər - onlara icazə vermədilər. Qutilər Babili Qədim dünyanın ən zəngin şəhərinə çevirdilər.

Tezliklə Babilin və onların müdrik padşahının şöhrəti Orta Şərqin bütün şəhərlərinə yayıldı. Onları bütün şəhərlərə dəvət etdilər. Bu, yəhudi və ərəblərin hələ 2 millətə bölünmədiyi bir dövr idi. Əsrlər sonra elamlılar qədim şəhərlərə girəcək və Midiya yaranacaq, yəhudilər Yəhudeyaya gələcəkdi. Yəhudeyanın ilk padşahları və onun İsrail satrapları - Davud və Süleyman quti tayfasından idilər.

Qutiləri şəhərləri idarə etməyə dəvət edirdilər. Beləliklə onlar tədricən Avropaya köçdülər. Avropada onları qot adlandırdılar, gənc almanlar “Oh mein goth” deməyi vərdiş halına gətirdilər.

Qutilər və ya qotlar Mərkəzi Asiyadan gəlmiş Konırat qəbiləsindən olan hun tayfası idilər. Onlar etnik qrup şəklində hələ də Mərkəzi Asiyada yaşayırlar. Onların Alpamıs adlı dastanı var. Alpamış Alp dağının adıdır. Avropada Alp dağlarında Qotik silsiləsi və Baltik dənizindəki Qotland adası var. Quti-qotlar hun Atilladan əvvəl Avropaya getmişdilər.

Bizans imperatoru Konstantin Quti tayfasından idi. Konstantin adı yunanca və latınca heç bir məna kəsb etmir, ancaq qazax dilində asanlıqla izah edilir - "səhər səmasında Günəş" deməkdir.

Vatikanın sənədlərində maraqlı sətirlər var. Orada Konstantin adı "qəhvəyi at" kimi izah olunur, çünki o deyirdi: "Mən konırat tayfasındanam". Əslində Konstantinin adı yox, onun tayfasının adı konıratdır, yəni "qonur at".

Litvada ilk kral taxta çıxanda Roma Papasının əlində bir sənəd var idi. Orada yazılmışdır - "goten Jagaylo dzu Lietuba".

"İngilis" adı - "англичане" qazax tayfasının "Kangli" adından gəlir, həm də bu addan Hindistananın Qanq sayının adı və "Хань" adı da yaranmışdır.

İndi aydın olur ki, avropalılar niyə bu tayfaları Ari adlandırmışlar.

Avropa tarixçilərinin saxtakarlıqlarını düzəltmək üçün hələ çox səy göstərməliyik.

QAZAX DOSTUM ТАЛГАТ ТУЛЕБАЕВLƏ MÜZAKİRƏDƏN.

"Paralel.az" 

0.011294841766357