Həftənin son "Səyyar qəbul otağı" Qubada quruldu

Həftənin son
 

Həftənin son "Səyyar qəbul otağı" Qubada quruldu

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin həyata keçirdiyi "Açıq mikrofon" aksiyası bu dəfə Quba rayonunun Qacar Zeyid kəndində baş tutub. Kənd sakinləri Malik Poladov, Nurəddin Niftəliyev və Rasim Süleymanovun müraciətləri qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı olub. Məzahir Əhmədpaşayev qaz xəttinin çəkilişi, Əjdər Mustafayev isə fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib. "Səyyar qəbul otağı"nın imkanlarından Qacar Zeyid sakinləri ilə yanaşı, İqriq kənd sakinləri də yararlanıblar. Zaur Əlməmmədov yaşayış massivinin qazlaşdırılması ilə bağlı müraciət ünvanlayıb.
Daxil olan hər bir müraciət Birliyin Xaçmaz Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən cavablandırılıb, sakinlərə ətraflı məlumat verilib.

"Paralel.az"

0.011762857437134