Arayık Arutyunyanın istefası tələb olunur

Arayık Arutyunyanın istefası tələb olunur
 

Xankəndidəki irredentist qüvvələrin başçısı Arayik Arutyunyanın oturaq tətil elan etməsi insanlar arasında panikaya səbəb olub.

Paralel.az ” xəbər verir ki, bunu Xankəndidəki irredentist qüvvələrin “deputatı” Metaxe Akopyan deyib.

Onun sözlərinə görə, Arutyunyanın oturaq tətil etməsi, onun üçün anlaşılmazdır və bu, artıq onun “prezident”
vəzifəsini yerinə yetirmədiyi anlamına gəlir və bu da öz növbəsində insanlar arasında panikaya səbəb olub.

“Biz ona 3 il nə edəcəyini dedik. O, istefaya getməli idi. Lakin o, yenidən emosional sahədə hərəkətlər edir və bəlkə də bunu qəsdən edir.
Arutyunyanın belə bir addım atmağa haqqı yoxdur. O, dünyaya göstərir ki, “artsax prezidenti” institutunu məhv edir”, - o qeyd edib.

Siyasi strateq Armen Badalyan  isə hesab edir ki, Arutyunyan oturaq tətil elan etməklə özünü xalqın tənqid dalğasından yayındırmağa çalışır. “Bu halda, istifadə olunan texnologiya sadəcə olaraq onların şərikliyini gizlətmək üçün PR-dır. Qarabağdakı  mövcud vəziyyətə görə Ermənistan hakimiyyəti ilə yanaşı, onlar da eyni dərəcədə  günahkardır”, - o qeyd edib.

Badalyan hesab edir ki, yaranmış durumdan çıxmaq üçün ilk növbədə mitinq təşkil edib Arutyunyanın istefaya getməyə məcbur edilməlidir və bundan sonra  hər şey yenidən başlamalıdır.

Mürtəza
Paralel.az

0.02036714553833