Səyavuş Novruzov: Makron Rəhim Qazıyev kimi yuyulmamış çömçəlik edir

Səyavuş Novruzov: Makron Rəhim Qazıyev kimi yuyulmamış çömçəlik edir
 

Fransa prezidenti Emmanuel Makron yuyulmamış çömçə kimi başını yeri gəldi, gəlmədi  yersiz şəkildə Ermənistan-Azərbaycan məsələsinə soxur.

Paralel.az ” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bugünkü növbədənkənar sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə,  Makronda bir zamanlar Azərbaycan parlamentindəki Rəhim Qazıyev kimi hər məsələyə müdaxilə edib istənilən müzakirəni, söhbəti ermənilərin məsələsinin üstünə gətirib çıxarır.

“Makron imkan vermir ki, bölgədə sülh yaransın. İmkan verin, problemi öz aramızda həll edək. Biz ədalətli sülh istəyirik. ABŞ də bunu dəstəkləyir. Ermənilərə belə bir sevgin varsa, apar Fransa ərazisində yerləşdir və onlara dövlət yarat”, - o qeyd edib.

Deputat əlavə edib ki, bu sülh bizdən daha çox  ermənilərin özlərinə lazımdır: “Ən çətin vəziyyətdə yaşayan, ondan-bundan dilənir”, - o qeyd edib.

Deputat hesab edir ki, Azərbaycan XİN  Fransa qarşısında Ermənistan-Azərbaycan məsələsinə qarışmaması barədəq məsələ qaldırmalıdır. 

Mürtəza
Paralel.az

0.075697898864746