Bakıdan cavab almışıq, bu, artıq razılaşmadır – İrəvan

Bakıdan cavab almışıq, bu, artıq razılaşmadır – İrəvan
 

Azərbaycan tərəfdən ölkələr arasında sərhədin delimitasiyası üzrə komissiyaların iclasının keçirilməsi ilə bağlı müsbət cavab alıb.

Paralel.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan jurnalistlərə bildirib.

"Lakin danışıqların tarixi və yeri ilə bağlı hələlik dəqiqlik yoxdur", - o söyləyib.

Nazir müavini həmçinin qeyd edib ki, Yerasx-Horadiz dəmir yolu xətti ilə regional kommunikasiyaların bağlanmasının başlanması ilə bağlı mühüm konsensus var: "Bu, artıq konkret razılaşmadır, hansı istiqamətdə işləmək tərəflərə aydındır".

0.012663841247559