AİB sədri insan  üçün təhlükəli olan qabyuyan mayelərin gətirilməsi ilə bağlı paylaşım edib 

AİB sədri insan  üçün təhlükəli olan qabyuyan mayelərin gətirilməsi ilə bağlı paylaşım edib 
 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sosial şəbəkələrdə ölkəmizə, İran İslam Respublikasından qeyri-qanuni yollarla, insan  orqanizmi üçün təhlükə təşkil edən qabyuyan mayelərin gətirilməsi ilə bağlı paylaşım edib.

“Paralel.az” xəbər verir ki, üzərində Azərbaycan dilində heç bir qeydin yer almadığı məhsulun məlumatları fars dilindədir.

Eyyub Hüseynov qaçaq yol ilə idxal edilən bu qabyuyan mayenin ucuz qiyməti ilə istehlakçıların diqqətini cəlb etdiyini, lakin bir müddət istifadədən sonra çox ağır və xoşagəlməz hallara gətirə biləcəyini qeyd edib. Ekspert qaçaqmalçılıq yolu ilə bazara çıxarılan məhsulun dövlət orqanları tərəfindən nəzarətdən keçirilmədiyini və bu səbəbdən tərkibinin çox təhlükəli olduğunu qeyd edib.

Həmçinin ekspert, adıçəkilən qabyuyan mayenin Bakıda, Sumqayıtda, Cənub Bölgəsində, Şimal Bölgəsində və Astarada toptansatış nöqtələrində satıldığını da bildirib.

Bu məhsul Eyyub Hüseynovun verdiyi məlumata görə, insanlarının sağlamlığı ilə bərabər ətraf mühit üçün də olduqca təhlükəlidir. Belə ki, məhsulun tərkibi və göstəriciləri məlum olmadığı üçün təbiətdə parçalanma müddəti də naməlumdur ki, məişət sularına qarışdıqdan sonra təbiətə axıdılarkən ekologiyaya da ciddi zərər verə bilər. Ölkəmizə gətirilən bu qabyuyan maye insan dərisi üçün olduqca təhlükəli ola bilər.

0.018748998641968