İran və Ermənistan cənubi azərbaycanlıları birgə sıxışdırırlar

İran və Ermənistan cənubi azərbaycanlıları birgə sıxışdırırlar
 

Ermənistan Araz çayını radioaktiv maddələr və ağır metallarla çirkləndirir. Çirklənmə mənbəyi Ermənistanın Metsamor Atom Elektrik Stansiyasıdır.

Paralel.az xəbər verir ki, bu barədə İranın “Payamema” nəşri yazır.

“Suyun çirklənməsi, Cənubi Azərbaycanda Araz çayına bitişik ərazilərin sakinləri arasında xərçəng xəstəliyinin artmasına səbəb olur. Ermənistanla yanaşı, İran da Arazı ən çox çirkləndirən ölkədir”, - məqalədə qeyd edilir.

Nəşr İslam Respublikasının müvafiq orqanlarının çayın radioaktiv çirklənməsini araşdırmaq iqtidarında olmamasından narahatlığını bildirir.

Araz çayı Türkiyənin şərq hissəsindən başlayır. Çayın məcrası Ermənistan və Azərbaycan sərhədlərindən keçir. Naxçıvan Muxtar Respublikasının ərazisindən keçərək Cənubi Qafqazın ən böyük çayına - Kürə tökülür.

0.01424503326416