Yasamalın icra başçısı Elşad Həsənov əhalini cənab Prezidentin üzərinə qaldırır - Araşdırma

Yasamalın icra başçısı Elşad Həsənov əhalini cənab Prezidentin üzərinə qaldırır - Araşdırma
 

Rayon Komunal Xidmət idarəsi və Mənzil İstismar sahələri (JEK-lər) niyə işləmirlər?

Hər gün rayon ərazisində genişlənən antisanitariya xalqı çox ciddi narahat edir! Rəsmi rəqəmlərə görə, Yasamal rayonunda Ticarət departamenti və 19 Mənzil İstismar sahəsi (MİS) var.

Bu təşkilatlar guya, rayon ərazisində yaşayan əhaliyə xidmət edir. MİS-lər ərazidə yaşayan əhalidən hər il əmlak və zibil daşıma haqqı yığır, amma insanların rahatlığı üçün lazım olan işləri görməyi unudur.

"Paralel.az"-ın vətəndaşların şikayətinə əsasən, apardığı araşdırmalar nəticəsində MİS-lərin üzərinə düşən vəzifələri yerinə yetirmədiyi aşkarlanıb.
Ərazidə yaşayan insanların verdiyi məlumata görə, MİS rəhbərləri əhalidən mütəmadi xidmət haqqı yığsalar da, blokların və həyətlərin təmizlənməsini təmin etmir, binalarda yaşaya uşaqların və gənc nəsilin asudə vaxtlarını keçirmək üçün şərait yaratmır, insanların sağlamlığına ziyan vuran hallara göz yumurlar.

Ərazidə yaşayan əməkdaşımızdan və əhalidən aldığımız məlumata görə, hər bir Mənzil İstismar Sahəsində yetəri qədər xadimələr olsa da, RİH-in nəzdində olan işsiz insanları sosial işlərə çox sayda adam cəlb olunsa da, binaların blok və həyətlərində, küçə və parklarda insan sağlamlığı üçün çox böyük təhlükə mənbəyi olan antisanitariya hökm sürür.

Yasamal rayonun binaları arasında həyat və küçələrində antisanitariya durumunun hökm sürməsi ilk növbədə, RİH başçısı Elşad Həsənovun, RİH tabeliyində olan Ticarət departamenti və MİS rəhbərlərinin vəzifələrini normal yerinə yetirməməsi, rüşvət, korrupsiya ilə məşğul olması və əhalinin şikayətlərinə vaxtında baxmamasıdır.

Araşdırma zamanı insanlardan alınmış məlumatlarda bəlli olub ki, Yasamalda antisanitariya vəziyyətinin pisləşməsinin səbəbləri aşağıdakılardır:

- RİH başçısının bütün rəhbər vəzifələri və MİS rəhbərlərini rüşvətlə təyin etməsi və onlardan mütəmadi faydalanması;

- RİH-in xeyirduası ilə MİS rəhbərlərinin işə götürdüyü ailə üzvlərinin, qohum-əqrabaların və yaxınların işə çıxmaması, onların əməkhaqqı kartlarından qanunsuz istifadə etməsi;

- Rayon ərazisində dünyasını dəyişən tənha insanlarının evlərinin RİH və MİS rəhbərləri tərəfindən qanunsuz olaraq vətəndaşlara satılması;

- Bakı və Yasamal Rayon Ticarət departamentlərinin küçə ticarətini genişləndirməsi və bunun hesabına rüşvət yığmaqla, pul qazanması;

- Küçə və həyətlərin abadlaşdırılması üçün dövlət büdcəsindən hər il ayrılan külli miqdarda pul vəsaitinin tenderlə RİH-ə yaxın MMC-lər vasitəsilə mənimsənilməsi və sairə.

Xüsusən küçələrdə və metroların ətrafında RİH işçilərinin razılığı ilə genişlənən və küçələri yolxucu xəstəlik mənbəyinə çevirən küçə ticarətinin genişlənməsi şəhər sakinlərini dəhşətə gətirir.

Yazıda təqdim etdiyimiz şəkil Nazim Hikmət küçəsi 26 ünvanında, yəni Yasamal RİH-in 300 metrliyində yerləşən, 4 binada yaşayan insanların həyətin yolunun çalalarının doldurmasındən çəkilib.

Bu həyətdə 200-dən çox ailə yaşayır və həyətdə yaşayan insanların dəfələrlə müraciət və şikayət etmələrinə baxmayaraq, Yasamal RİH başçısı Elşad Həsənov bərbad vəziyyətdə olan həyətdə yaşayan sakinlərin şikayətlərinə heç bir əhəmiyyət verməməkələ, əhalini prezidentin üzərinə qaldırır.

Akif

0.022287130355835