"Fənərbağça" UEFA Avropa Liqasına qələbə ilə başladı

 

Türkiyənin "Fənərbağça" klubu UEFA Avropa Liqasının Liqa mərhələsinə qələbə ilə başlayıb.

Paralel.az xəbər verir ki, I turda Belçikanın "Yunion" kollektivini qəbul edən İstanbul təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Joze Mourinyonun baş məşqçisi olduğu klubun heyətində Çağlar Söyüncü fərqlənib. Digər qol isə Kristian Byordessin avtoqolu kimi qeydə alınıb.

 

0.16936302185059