Ərdoğanın komandasına baxanda özünü aciz hiss edirsən - Melkonyandan şok sözlər
"Ərdoğanın fikirlərindən biri budur ki, BMT-nin beş daimi təhlükəsizlik üzvünün tərkibi genişlənsin və Türkiyə də onların sıralarında mütləq yer alsın. Müxtəlif dünya problemlərinin həllində iştirak etsin və dünya o zaman daha ədalətli olacaq. Bir neçə ay əvvəl o kitabı oxumuşam. Söhbət Türkiyə və Ərdoğanın ambisiyalarından gedir. Əgər bütün bunlar Ermənistanın baş nazirinə təbəssüm və sevinc gətirirsə, deməli, buna əlavə etməkdən başqa heç nə yoxdur".
Paralel.az xəbər verir ki, bunu türkoloq Ruben Melkonyan erməni mediasına açıqlamasında Ərdoğanın Paşinyanla görüşündə “Daha ədalətli bir dünya mümkündür” adlı kitabını hədiyyə etməsi və bunu erməni cəmiyyətində geniş reznansa səbəb olmasını şərh edərkən deyib.
O əlavə edib ki, burada daha bir neçə vacib nüans var: "Bu görüş "Türk Evi" adlı göydələndə baş tutub. Bu fakt artıq erməni tərəfinin güzəştə getdiyini sübut edir. Onların görüşdüyü ərazi antierməni maraqlarının qalasıdır. Mən bu görüşü əhəmiyyətsiz hadisə hesab etmirəm. Salamlaşma məsələsi də önəmlidir. Ərdoğan və həmkarları Paşinyanla masa arxasında, stulların yanında görüşüblər. Nəhayət, diplomatiyada Ərdoğanın hərəkətləri və jestləri çox önəmlidir. Əhəmiyyətli bir detal isə Ərdoğanın gülüşü idi".
Türkoloq onu da əlavə edib ki, masa ətrafında Ərdoğandan başqa Türkiyənin düşünən beyni hesab edilən insanlar toplaşıb: "Türkiyənin xarici işlər naziri bir zamanlar kəşfiyyat orqanlarının rəhbəri olan şəxs var idi. Türkiyə kəşfiyyatının indiki rəhbəri var idi. Əvvəllər Ərdoğanın müşaviri, böyük təcrübə və bacarıqlara malik bir şəxsdir. Çox təcrübəli və peşəkar insanlar iştirak edirdi. Acı ilə etiraf etməliyik ki, Türkiyənin çox uğurlu və təcrübəli kadrları var. Onlar müxtəlif dünya problemlərinin həllində iştirak edir, oyunçudurlar və həllər təklif edirlər. Onların böyük təcrübəsi, bacarığı və biliyi var. Ermənistanın nümayəndələrinə baxanda özünü aciz hiss edirsən. Onlar türk siyasətçiləri ilə rəqabət apara bilmirlər. Bu adamlar o cür güclü nümayəndə heyətinin üzvləri ilə rəqabət apara bilməyəcəklər. Ağrının yatdığı yer budur. Bütün bunlara nəzər saldıqda, sadəcə olaraq, deyə bilərik ki, biz erməni diplomatiyasının acınacaqlı vəziyyətini görürük".