KİV: Nyu-York meri korrupsiyada ittiham olunur

KİV: Nyu-York meri korrupsiyada ittiham olunur
 

Nyu-York meri Erik Adamsa qarşı prokurorluq tərəfindən korrupsiya ittihamı irəli sürülüb.

Paralel.az ” xəbər verir ki, bu barədə Associated Press (AP) məhkəmə sənədinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Adams yerli və xarici mənbələrdən öz seçki kampaniyası üçün rüşvət və qeyri-qanuni ianələr almış ola bilər.

Bundan əvvəl ABŞ Federal Təhqiqat Bürosunun (FTB) merin evində axtarışlar apardığı barədə məlumat verilmişdi. Adamsın özü isə daha əvvəl istefa vermək fikrində olmadığını və ona qarşı irəli sürülən ittihamların əsassızlığını məhkəmədə sübut etməyə hazır olduğunu bildirmişdi.

Xatırladaq ki, avqustda Nyu-York meri və onun komandasının üzvləri korrupsiyada mümkün iştirakla bağlı federal araşdırma çərçivəsində məhkəmədən çağırış vərəqələri almışdılar.(Report)

 

0.020467042922974