Volqoqradda məktəbli sonuncu zəng günü cinayət işləyib

Volqoqradda məktəbli sonuncu zəng günü cinayət işləyib
 

Volqoqrad vilayətinin İlovlinski rayonunda məktəbli sonuncu zənglə bağlı növbəyə çıxanda sinif yoldaşını bıçaqlayıb.

"Paralel.az"  xəbər verir ki, bu varədə məlumatı KİV-ə rayon icra başçısının birinci müavini Oleq Popov verib.

İlovlinski rayonunun rəhbəri İvan Gelin Teleqram kanalında verdiyi məlumata görə, hadisə 1 saylı məktəbdə baş verib. Zərərçəkmiş qıza lazımi tibbi yardım göstərilib, onun həyatı və sağlamlığı üçün heç bir təhlükə yoxdur.

UPD: 17 yaşlı həmyaşıdına bıçaqla hücum edən məktəblinin profilaktik qeydiyyatı yoxdur, rayon prokurorluğunun mətbuat xidməti bildirib.

Ş.Salehqızı

 

0.014397144317627