Füzulinin icra başçısı Alı Alıyev büdcədən kənar vəsaiti necə mənimsəyir?…
Füzulinin icra başçısı Alı Alıyev büdcədən kənar vəsaiti necə mənimsəyir?…
Füzuli Rayon İcra Hakimiyyəti başçısı tərəfindən büdcə vəsaitinin mənimsənilməsi barədə məlumatla tanış olmaq üçün Rayon İcra hakimiyyətinin rəsmi saytına baxdıq. Sözün düzü, bizim rayonun icra başçısı hörmətli Alı Alıyevin personası ilə heç bir problemimiz yoxdur. Amma...
Əmması odur ki, Füzuli Rayon İcra Hakimiyyətinin rəsmi saytında Alı Alıyevlə bağlı bunlar yazılıb: Ali məktəbi bitirdikdən sonra, adama deyərlər ki, ay adam, hansı ali məktəbin, hansı fakültəni neçənci ildə bitirmisən?
Sən neçənci ildə anadan oldun?
Vallahi, belə olmaz ee, bu dövlət qurumunun rəsmi saytıdır? Biz bir media olaraq, neçə ildir yazırıq ki, bu biabırçılğı aradan qaldırın. Sözün qısası, hörmətli Alı müəllim, hansısa ali məktəbin hansısa fakültəsini bitirəndən sonra Füzuli rayon komsomol komitəsinin şöbə müdiri olub. Və hansısa ali məktəbi bitirəndən 5 il sonra əsgərliyə gedib, və bir ildə hərbi mayor olub! Lənət şeytana, bu nə oyundur, bir ildə bu adam necə mayor olub?!
Alı Alıyev sonradan 1989–1999-cu illərdə Füzuli rayon Aqrar Sənaye Kombinatının direktoru vəzifəsində çalışıb. 1999-cu ildən 2011-ci ilədək Füzuli rayon Suvarma Sistemləri idarəsinin rəisi işləyib. 2011-ci ilin fevralından bu günədək Füzuli rayonu İcra Hakimiyyətinin başçısıdır.
İndi isə keçək əsas mövzuya. Məlumdur ki, bütün dünyada ərazi-inzibati vahidləri özləri özlərini maliyyələşdirir. Düzdür, hər bir inzibati vahidin buna imkanı çatmır. Çünki elə rayonlar var ki, turizm üçün imkanları var, yaxud ərazidə müxtəlif təbii sərvətlər var.
Elə rayonlar var ki, özünü maliyyələşdirmək imkanları çox aşağıdır. Belə olan halda, dövlət büdcəsindən həmin rayonlara subsidiya ayrılır.
Təəssüf ki, bizdə rayonların çoxu dövlət büdcəsinin “boynunda” oturub. Ancaq son illər bu istiqamətdə ciddi addımlar atılıb. Bir çox rayonlar özünümaliyyələşdirmə keçiblər. “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası” təsdiq edilib. Lap sadə dildə desək, rayonlar yerli gəlirləri və xərcləri özləri tənzimləyir.
Bu gün haradasa, 50-dən çox rayon özünü maliyyələşdirir. Amma Füzuli rayonu bu sırada yoxdur. Hazırda Füzuli rayonunda büdcə gəlirlərinin mənimsənilməsi əsas mövzumuzdur. Rayonun yerli gəlirlərindən rayon büdcəsinə daxil olan xeyli vəsaitə rayonun icra başçıs Alı Alıyev nəzarət edir. Alı Alıyev xeyli miqdarda vəsaitə şəxsən özü sərəncam verir, kimə və hara istəsə yönəldir.
Maraqlıdır, görəsən, Maliyyə Nazirliyi, Hesablama Palatası nə üçün Alı Alıyevin törətdiyi bu boyda qanunsuzluqlarına göz yumur?
Digər tərəfdən, hamıya bəllidir ki, icra başçılarının nəzrətində ianə fondları var. Yəni kimlərsə, iş adamları, yerli biznesmenlər, yaxud başqa imkanlı şəxslər bu fonda xeyriyyəçilik məqsədi ilə xeyli pul köçürürlər. Buna da nəzarəti cənab Alı Alıyev edir. Xeyriyyəçi insanların köçürdüyü vəsaiti özü üçün sağa-sola xərcləyir. Gələn məlumata görə, Alı Alıyevin yerli büdcə vəsaitlərini mənimsəmə metodunun biri odur ki, başçı öz oğluna deyib ki, əsgərlərə siqaret payla və video çəkib saytlarda paylaş.
Növbəti sayımızda Füzuli rayonunda "Büdcədən kənar vəsaitlərin necə xərclənməsi və yerli iş adamları" yazısı dərc olunacaq. Bizi izləyin.
Mənbə: Gündəlik-Bakı.com