Onlar Putinin həbsinə order veriblər

Onlar Putinin həbsinə order veriblər
 

Onlar Putinin həbsinə order veriblər

"Paralel.az" xəbər verir ki. Rusiya Federasiyasının İstintaq Komitəsi Beynəlxalq Cinayət Məhkəməsinin prokuroruna və hakiminə qiyabi ittiham irəli sürüb. Onlar Putinin həbsinə order veriblər

Rusiya İstintaq Komitəsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroru və hakimi Kərim Əhməd Xana və Rosario Salvatore Aitaleyə qarşı qiyabi ittiham irəli sürüb.

Rusiya departamentinin məlumatında deyilir ki, BCM nümayəndələrinin hərəkətləri Rusiya istintaqı tərəfindən digər məsələlərlə yanaşı, “təqsirsiz şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi” və “xarici dövlətin nümayəndəsinə hücuma hazırlaşmaq” maddələri ilə qiymətləndirilib.

Müstəntiqin qərarı əsasında BCM-nin prokuroru və hakimi axtarışa verilib. Bundan əvvəl Kərim Əhməd Xanın axtarışa verilməsi faktı Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin bazasından məlum olub.

Martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. O, Ukraynanın işğal olunmuş ərazilərindən uşaqları Rusiyaya qanunsuz deportasiya etməkdə şübhəli bilinir. Analoji order Rusiyanın Uşaq Ombudsmanı Mariya Lvova-Belovaya qarşı da verilib.

Martın 20-də Rusiya İstintaq Komitəsi BCM-nin prokuroru və hakimlərinə qarşı cinayət işi açıb.

Dəniz

0.019736766815186