Rusiyalı futbolçu "Aris"in tarixdə ilk dəfə çempion...

Rusiyalı futbolçu
 

Rusiyalı futbolçu Aleksandr Kokorin limassollu "Aris"in tarixdə ilk dəfə Kipr çempionu olmasına kömək edib.

"Paralel.az" xəbər verir ki, klub 1930-cu ildə yaradılıb. Bazar günü “Aris”in əsas rəqibi APOEL “Apollon”a uduzaraq (2:3) qızıl şansını itirib. Kokorin mövsümü icarə əsasında “Aris”də keçirir. O, 28 matçda 13 qol vurub, 6 məhsuldar ötürmə edib. Kipr Futbolçular Assosiasiyası onu mövsümün ən yaxşı oyunçusu kimi tanıyıb. Forvardın agenti daha əvvəl Kokorinin gələn mövsüm "Fiorentina"ya (İtaliya) qayıdacağını bildirmişdi.

Ş. Salehqızı

0.022020101547241