Kişinyovda çoxminlik aksiya keçirilib

Kişinyovda çoxminlik aksiya keçirilib
 

Kişinyovda çoxminlik aksiya keçirilib

"Paralel.az" xəbər verir ki, Moldovanın Avropaya inteqrasiyasına dəstək məqsədilə Kişinyovda çoxminlik aksiya keçirilib

“Azadlıq” radiosunun Moldova xidməti xəbər verir ki, Kişinyovun mərkəzində Moldovanın Avropaya inteqrasiyasına dəstək məqsədilə genişmiqyaslı aksiya keçirilib. Yerli polisin hesablamalarına görə, aksiyada ən azı 75 min insan iştirak edib.

Mitinqin təşəbbüskarı prezident Maia Sandudur və ölkə hökuməti tərəfindən təşkil olunub. Bu aksiya bəzi Avropayönlü parlamentdənkənar partiyalar tərəfindən prezidentyönlü Fəaliyyət və Həmrəylik partiyasının seçkilər ərəfəsində fəaliyyəti kimi tənqid edilib.

Müxalifət mitinqi boykot edib. “İnterfaks” yazır ki, “Şor” partiyası Moldovanın dörd şəhərində Avropaya inteqrasiya kursuna qarşı aksiyalar keçirib.
A. Nəsirli

0.017690181732178