Uşaqlıq kədəri yeniyetmə sevincini üstəyədiyini sezmək olur... - Məmməd Talıblı

Uşaqlıq kədəri yeniyetmə sevincini üstəyədiyini sezmək olur... - Məmməd Talıblı
 

Bu fotonu el arasında "Karl Marks körpüsü" deyilən yerdə axşam saatları, işıqforda dayanan zaman avtomobilimdən çəkmişəm.

Avtomobillərin işıq şuasının, siqnallarının yuxusunu qaçırdığı yeniyetmə övladımızdan sanki üzrxahlıq edərək çəkdim.

Uşaq yorğunluqdan yatıb. Həyatın acı dadından bezərək sanki dünyaya etirazını edərək gözünü yumub...

Uşaqlıq kədəri yeniyetmə sevincini üstəyədiyini sezmək olur...

Valideyn himayəsinin yoxluğu, ata qayğısı, ana nəvazişindən məhrum olmanın yaşantısıdır bu...

Çox acı təəsüf hissi ilə fərqindəyəm ki, bu ölkənin məmurları və səlahiyyət sahibləri ölkəmizi yaxşı tanımırlar. Sadə insanların yaşantılarını duymurlar. Sentimental duyğularını hiss edə bilmirlər.

Əksidirsə, bəs onda niyə ailələrə uşaq müavinətləri verilmir?
Dövlət büdcəsinin profisiti, valyuta rezervlərinin artması ilə fəxr etmək lazım deyil, uşaqların bu cür cəhənnəmin dadını bu gözəl məmləkətdə yaşadıqları üçün əzab çəkmək lazımdır.

Tədqiqatlar göstərir ki, sosial qruplar arasında uşaqlar yoxsulluq həddinin artması müşahidə olunur. Belə ki, ölkə üzrə yoxsulluq səviyyəsi uşaqlar arasında 10 faiz təşkil edir.

Ailə büdcə gəlirlərinin kısıtlı olması, ehtiyacların qarşılanmaması, tələbin təklifi qeyri-adekvatlığı, uşaqların ailənin maddi vəzuyyətinin yetərli olmaması ucbatından təhsildən uzaqlaşaraq işləməyə məcbur olması kimi çoxsaylı səbəblər UŞAQ MÜAVİNƏTİNİN verilməsini zəruri edir.

Bundan imtina edərək iki ayağı bir ayaqqabıya dirəmək çıxış yolu deyil.

"Paralel.az"

0.024538993835449