Aİ Çinlə bağlı siyasətini sərtləşdirməlidir - Ursula fon der Layen

Aİ Çinlə bağlı siyasətini sərtləşdirməlidir - Ursula fon der Layen
 

Avropa İttifaqı Çinlə bağlı siyasətini sərtləşdirməlidir, bütün ölkələrin bu məsələdə ümumi rəyi var.

Paralel.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Layen ZDF telekanalına müsahibəsində bildirib.

Fon der Leyen etiraf edib ki, müxtəlif üzv dövlətlərin Çinlə qarşılıqlı əlaqə məsələsində fərqli maraqları var.

"Amma fakt budur ki, Çin çox dəyişib və buna görə də biz Pekinə münasibətdə siyasətimizi sərtləşdirməliyik", - Avropa Komissiyasının rəhbəri əlavə edib.

O vurğulayıb ki, son aylarda bu məsələ ilə bağlı yaxşı müzakirələr aparılıb, getdikcə Aİ-nin izləmək istədiyi ümumi strategiya formalaşıb.

"Bu, hələ tamamlanmamış bir prosesdir, lakin bu onu göstərir ki, biz Çin münasibətdə yalnız maraqların deyil, hər şeydən əvvəl risklərin olduğunu görürük. Və burada biz buna aydın şəkildə baxmalıyıq", fon der Leyen fikrini yekunlaşdırıb.

0.021106004714966