Əmək müqavilələrinin sayı 1 milyon 763 min 669-a çatıb

Əmək müqavilələrinin sayı 1 milyon 763 min 669-a çatıb
 

Əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 17,4 min
müqavilə artaraq 1 milyon 763 min 669-a çatıb

Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşması istiqamətində
görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında artımın davam etməsinə imkan
verir.

Bu ilin yanvar-aprel aylarında da ölkəmizdə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən
17,4 min müqavilə və ya 1 faiz artaraq 1 milyon 763 min 669-a çatıb.

Ardıcıl əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında mütəmadi artım əməkhaqqı
fondunda da davamlı artımla nəticələnir. 2023-ci ilin yanvar-aprel aylarında əməkhaqqı
fondunda daha 8,5 faiz artım qeydə alınıb.

Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 34 faiz, əməkhaqqı fondunda 2,5 dəfə
artım baş verib.

Səfurə

0.018972158432007