"...Bu da bazar iqtisadiyyatının qanunlarından biridir" - Siyasi şərhçi

 

Çingiz Şahbazi yazır:

Turgut Özalın prezident olduğu dönəmdə, Turgut Özalın anası bir gün oğlundan, televiziyalarda göstərilən verilişlərin əksəriyyətinin əxlaqsızlıq yaydığından dolayı bağlanmasını istəyir. Prezident Turgut Özal, bunun onun səlahiyyətlərinə aid olmadığını anasına bildirir və bəyənmədiyi verilişlərdən dolayı, kanalı dəyişməyi tövsiyə edir.
Bizim ölkəmizdə də buna bənzər mövzular ətrafında çoxlu söz-söhbətlər var. Bu istər televiziyalarda olsun, istər digər sahələrdə olsun, harda olur olsun, həkim ola bilər, müəllim, siyasətçi, şair, yazar, maşın ustası, dam ustası və sairə, bütün bunları dəyişmək və əvəzetmək kimi hüququ və seçimi, heç kimin əlindən almadıqları sürəcə, bunların hansısa birindən şikayət etmək doğru deyil. Biz də toplum olaraq, ölkə olaraq, öz mədəni düşüncələrimiz sayəsində, inkişaf etmiş ölkələrdə olduğu kimi, bazar iqtisadiyyatına inteqrasiya etmiş sayılırıq və məhz buna görə bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq daha çox seçimin və rəqabətin yaradılmasına qarşı çıxmamalıyıq. Bazar, hər hansı bir məhsulun ucuz və ya baha qiymətə satılmasından asılı olmayaraq, öz alıcısına xidmət göstərən və mənfəət əldə olunan sahədir. Alıcısı olmayan və ya yüksək xidmət göstərməyi bacarmayanlar, zamanla məşğul olduqları işdən özləri uzaqlaşmağa məcbur qalacaqlar. Çünki, bu da bazar iqtisadiyyatının qanunlarından biridir.

"Paralel.az" 

0.017898082733154