Məşhur klinikanın həkimi həbs edildi: Xəstələri qəsdən öldürməkdə ittiham olunur - FOTO

Məşhur klinikanın həkimi həbs edildi: Xəstələri qəsdən öldürməkdə ittiham olunur - FOTO
 

Almaniyanın Berlin şəhərində kardioloq saxlanılıb.

O, xəstələri böyük dozada sakitləşdirici dərmanlarla öldürməkdə şübhəli bilinir.

Bu barədə Almaniya paytaxtının Baş Prokurorluğu məlumat yayıb.

Kardioloq dünyanın ən böyük və məşhur klinikalarından olan “Charite”də işləyib.

55 yaşlı həkim 2021 və 2022-ci illərdə iki ağır xəstəni klinikanın divarları arasında qəsdən öldürməkdə şübhəli bilinir.

Həmçinin qeyd edilir ki, o, ötən ilin avqustunda işdən çıxarılıb.

Ş.Salehqızı

0.075872898101807