Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Puta sakinlərilə görüşüb
Dünən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Puta qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.
"Paralel.az" xəbər verir ki, toplantıda Puta qəsəbə sakinləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri də iştirak ediblər.
Keçirilmiş səyyar görüşdə 60-a yaxın qəsəbə sakini olub.
Sakinlərdən 4 nəfərini fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib və bəzi müraciətlər yerindəcə həll edilib.
Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Səyyar qəbuldan sonra qəsəbədə salınan istirahət parkına baxış keçirilib.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovla görüşlər digər qəsəbələrdə də davam etdirilir.
Şahnaz Salehqızı