Gürcü fermerlər etiraz aksiyası keçirdi

 

Gürcü fermerlər etiraz aksiyası keçirdi 
 

Gürcüstanda taxılçılıqla məşğul olan fermerlər dövlətdən kömək tələb etdi.

200-dən çox vətəndaş Kaxetidə Tbilisi və Bakurtsixeni yolunu bağlayaraq hökumətə səsləniblər.

"Paralel.az" xəbər verir ki, fermerlər becərdikləri yüzlərlə ton buğda və arpa məhsulunu xarici ölkələrdən edilən idxal səbəbindən sata bilmirlər:
“Müharibə başlayanda biz taxıl əkib çoxlu məhsul götürdük, amma ixraca hazırlayıb İrana göndərmək istədiyimiz zaman ixrac qadağası gəldi. Bizim hazırda yüzlərlə ton taxıl ehtiyatımız var. Burada taxılın kiloqramını 40 tetriyə bəzən sata bilirik, bəzən də yox. Bizə təklif edilən bu qiymət xərcləri ödəmir. Banklara borcumuz var, amma ödəyə bilmirik. Bir aya təzə məhsul satışa çıxacaq. Biz ötən il becərdiyimiz məhsulu sata bilməsək hara aparaq?! Bizə diqqət yetirmələrini xahiş edirik”, - deyə aksiya iştirakçıları bildiriblər.

Sakinlər tələblərinin yerinə yetirilməsi üçün hakimiyyətə mayın 10-dək vaxt veriblər. Əks təqdirdə onlar, genişmiqyaslı aksiyalar keçirəcəklərini bildiriblər.

Kənd Təsərrüfatı Nazirliyindən aksiya iştirakçılarına şifahi cavab verilib. Bildirilib ki, məsələ ilə bağlı onlara dəstək təklif artıq irəli sürülüb. Nazirlik həmçinin qeyd edib ki, ölkədə çörəyin qiyməti qalxmamalıdır və bunun üçün taxıl idxalına üstünlük verilir.
Dəniz

0.045592069625854