Ali Məhkəmənin sədrinə şikayəti müraciət şöbəsinin müdir müavini cavablandırıb

Ali Məhkəmənin sədrinə şikayəti müraciət şöbəsinin müdir müavini cavablandırıb
 

Bakı İnzibati Məhkəməsinin 7 ildir məhkəmə qərarını icra etməkdən imtinası sürür

Bakı İnzibati Məhkəməsinin 2-1 (81)-1095/16 saylı,  20.06.2016-cı il tarixli qərarının icrasını təmin etməkdən imtinasından ali dövlət hakimiyyəti orqanlarına,  hüquq mühafizə orqanlarına şikayətlər heç bir sonuc vermir. Məhkəmə nəinki İnzibati Prosessual Məcəllənin  (İPM) 116.2 maddəsinə,  Ali Məhkəmə Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19.11.2021-ci il tarixli qərarına uyğun olaraq birinci instansiya məhkəməsi kimi çıxardığı qərarın icrasını təmin edir, heç tələbkar 1-ci dərəcəli Qarabağ əlilinin verdiyi ərizələrə belə baxmır. Halbuki məhkəməyə daxil olan istənilən ərizəyə prosessual hüquq normalarına uyğun olaraq (məhkəmə aktı ilə) cavab verilməlidir. Bakı İnzibati Məhkəməsi , yəqin borclu ƏƏSMN Dövlət Sosial Təminat Xidmətinin,  hazırda ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-prosessual basqısından çəkinir. Yoxsa, məhkəmə qərarının 7 ildə icrasını təmin etmək nə çətin işdir ki?

Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov elə “sosial xidmət” göstərir ki, dövlətin adından çıxarılan məhkəmə qərarının icrasına qadağa qoyub , hətta dövlətin 1-ci şəxslərinin tapşırığına belə cavab verməyi müavini Zaurİbrahimova tapşırıb. Bu müavin də  1-ci vitse-prezidentdən daxil olan müraciətlərə altı aydan bir şablon cavab yazır ki, sərəncam belə gəldi, fərman elə getdi, 2009-cu ildə Nərimanov rayonunda on nəfərlik ailəyə 38 kvadratmetrlik ikiotaqlı mənzil elə - belə getdi. Tələbkar 1-ci dərəcəli Qarabağ qazisi qanunla,  Konstitusiya ilə doğrulanan hüququnu, dövlətin adından çıxarılan məhkəmə qərarının icrasını tələb edir, borclu nağıl danışır. DÖVLƏTİN ADINDAN ÇIXARILAN MƏHKƏMƏ QƏRARININ İCRASI MƏCBURİDİR. MƏHKƏMƏ QƏRARLARININ İCRA OLUNMAMASI QANUNLA NƏZƏRDƏ TUTULMUŞ MƏSULİYYƏTƏ SƏBƏB OLUR. Nağıl danışmaqla məsuliyyətdən yayınmaq olar? Prezident dəfələrlə bildirib ki, məmur xalqa xidmət etməlidir və 1 nömrəli xidmətçi də özüdür! Bəs Sosial Xidmətlər Agentliyi niyə Qarabağ qazilərinə xidmətdən, görəv borcuna baxmayaraq imtina edir?

Sosial Xidmətlər Agentliyi Ədliyyə Nazirliyinin yanında “toya getməlidir”. 1-ci vitse-prezidentin, DTX -nın, Konstitusiya Məhkəməsinin,  Milli Məclisin sorğularına icra baş idarəsinin məsləhətçiləri  (Akif Qurbanov, Mirnağı Seyidov və s.) “topdan “yox” cavabı verir. Ədliyyə Nazirliyinin məsləhətçilərinin nağılı lap uydurma, əfsanə janrına uyğundur. Təsəvvür edin, borclu məhkəmə qərarını icra etmədiyininağıllarla izah edir, Ədliyyə Nazirliyinin məsləhətçiləri isə Bakı İnzibati Məhkəməsinin “məsləhətçi (Tural Kərimov)uydurması” ilə icranın məlumat əsasında təmin edildiyini, icra sənədi üzrə icraata Yasamal icra şöbəsində 26.12. 2017-ci ildə xitam verildiyini bildirir. (?) Belə nağıla, uydurmaya kim inansa da, 10 ildir mənzil növbəsində olan , qanunla 1-ci dərəcəli Qarabağ əlili kimi növbədənkənar mənzil təminatı hüququnu 7 ildir məhkəmə qərarı ilə doğruldan , amma mənzilsiz qalan 10 nəfərlik tələbkar ailəsi necə inana bilər? Bəyəm mənzil təminatı nağılla gerçəkləşir?

Ali Məhkəmə sədrinə Bakı İnzibati Məhkəməsinin 7 ildir qərarının icrasını təmin etməkdən imtinasından şikayət edəntələbkara sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdir müavini Vəsilə Əsədova cavab verib ki, İPM-in 116.2 maddəsinə görə, məhkəmə qərarlarının icrasını birinci instansiya məhkəməsi təmin etməlidir. Ona görə də Bakı İnzibati Məhkəməsinə müraciət etməyi məsləhət görən Ali Məhkəmə məmuru, deyəsən, şikayəti yaxşı oxumayıb. Nədən vətəndaş tələbkar elə birinci instansiya məhkəməsinin 7 ildir dövlətin adından çıxardığı qərarını icra etməkdən imtinasından şikayət edir. ..

Məsləhətlə “don genəlməsi” gerçəkləşə bilər , məhkəmə qərarının icrası yox...

Məğrur Bədəlsoy

0.019176959991455