Vladimir Zelenskiyə tapança hədiyyə edilib

Vladimir Zelenskiyə tapança hədiyyə edilib
 

Çexiya prezidenti Petr Pavel Ukrayna lideri Vladimir Zelenskiyə tapança hədiyyə edib.

"Paralel.az" RBC-ya istinadən xəbər verir ki, bu, 1975-ci ildə istehsal edilən CZ 75 tapançadır.

“Qəhrəmanlığa hörmət əlaməti olaraq mən Vladimir Zelenskiyə əfsanəvi CZ 75, seriya nömrəsi 22 hədiyyə etdim”, - Pavel öz "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, bundan əvvəl amerikalı aktyor Şon Penn Ukraynaya müntəzəm səfəri zamanı Zelenskiyə Oskar təqdim etmişdi.

Şahnaz

 

0.01817798614502