Bu dərs hamı üçündür

Bu dərs hamı üçündür
 

"Gəmi batmağa başlayır. Ər və arvad xilas olmaq üçün gəminin ehtiyat qayığına minməyə tələsirlər, lakin əfsuslar olsun ki, qayıqda cəmi bir nəfər üçün yer qalmış olur. Kişi qayığa özü minir və arvadının okeanda batmasına çarəsiz olaraq tamaşa eləyir. Qadın okeanın onu udmasına az qalmış cığıraraq kişiyə həyatda son kəlməsini işlədir ", - belə, ədəbiyyat müəlliməsi dərsə başladı.

O sinifdə oturan uşaqlardan soruşdu:
-Necə bilirsiniz qadın son kəlməsində nə dedi?

Sinifdə uşaqların əksəriyyəti " Mən sənə nifrət edirəm", "Mən necə də kor olmuşam,səni tanımamışam" cavabını verdilər.

Bütün sinif müxtəlif cavablar sitat gətirərək qaynaşırdı.

Birdən müəllimənin diqqətini sakit oturmuş oğlan uşağı cəlb edir və ona yaxınlaşıb soruşur:
-Bəs sən necə fikirləşirsən, qadının kişiyə son sözü nə olar?
Oğlan cavab verdi:
-Mənim fikrimcə, qadın kişiyə "uşağımıza yaxşı bax, onu qoru" demiş olar.

-Sən bu əhvalatı bilirsən? ---deyərək müəllimə təəccübləndi.

-Yox, sadəcə, mənim anam da dünyasını dəyişərkən atama belə vəsiyyət etmişdi.

Bu cavab, bütün sinifi və müəlliməni kədərləndirdi.

-Bəli, bu doğru cavabdır --- deyərək müəllimə qürurlandı.

Və beləcə gəmi batdı. Kişi evinə qayıtdı və aman zaman bir qızını təkçə böyütməyə başladı. Uzun illər keçdi. Kişi də yaşlanıb dünyasını dəyişdi. Bir gün atasının əşyalarını yerbəyer edəndə qız bir məktuba rast gəldi:

"Biz səyahətə gedəndə, ona artıq çox ciddi diaqnoz qoyulmuşdu. Yaşaması üçün az bir vaxt qalmışdı. Allahım, onun yerinə mən batmaq istərdim, amma qızıma görə məcbur qaldım, bunu edə bilmədim. Tək bacardığım onu okeana yola salmaq oldu"

Bütün sinif susurdu.
Uşaqların balaca gözlərindən oxunurdu ki, bu əhvalat onlara necə təsir edib. Bu gün onlar başa düşdülər ki ilk görünüş, ilk təəssürat yanlış ola bilir.(maraqlı.info)

P.S. Fikrimcə bu dərs hamı üçündür. Səbəbini bilmədiyimiz hər şey kiminsə haqqına girməkdir.

0.041712045669556