Abid Qafarova qarşı məhkəmə işgəncəsi hələ də sürür

Abid Qafarova qarşı məhkəmə işgəncəsi hələ də sürür
 

Ali Məhkəmənin 3 aydır ləğv etdiyi işə Bakı Apellyasiya Məhkəməsi niyə baxmır?

Tanınmış jurnalist, hüquq müdafiəçisi, yazıçı, ictimai xadim, Bakı Birlik Təşkilatının sədri Abid Qafarovun şərlənərək şər – böhtan və təhqir sayılmayan, konkret şəxsə yönəlməyən ümumi xarakterli “müti” sözünə görə, özünü yandırmamaq məsləhətinə görə bir illik həbs cəzasına məhkum edilməsinin qanunsuzluğunu Ali Məhkəmənin Cinayət Kollegiyası 16.02.2023-cü il tarixli qərarla doğrulayıb və işi yenidən baxılmağa Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. 3 aydır Bakı Apellyasiya Məhkəməsinin siyasi  vicdan məhbusuna qərəzli işgəncəsi sürür. Bəli, bəli, bunun adı məhkəmə işgəncəsindən özgə bir şey deyil!

Bakı Apellyasiya Məhkəməsinin süründürməçilik cəzasına Məhkəmə Hüquq Şurası niyə susur görəsən? 3 ayda işə baxılması bir yana, baxılana kimi qanunsuz həbs edilən şəxsimüvəqqəti də olsa azadlıqda, körpə balalarının yanında “ədalət qandalında” dustaq etmək olmaz ? Lap hökm verin ki, danışması qadağan olunsun, evindən heç yerə çıxmasın, lap evində qandallansın! Məhkəmə nə vaxt işə baxacaq , belə ədalət məhkəməsi olar?

Adamın sözünə,  fikrinə görə qazamatla ödülləndirilməsi nadir olay deyil. Bu “məhkəmə ödülü” bütün dünyada geniş yayılıb. Amma məsləhətə görə insanın azadlığından bir illiyinə  məhrum edilməsi çox unikal, görünməmiş olaydır. Azərbaycan məhkəmə sistemi həqiqətin müəyyən edilməsinə yox, haqqın, hüququn cəzalandırılmasına xidmət edir.

Biz Abid Qafarovun hüquqlarını müdafiə komitəsi olaraq bir neçə dəfə Bakı şəhər İcra Hakimiyyətinə piket keçirmək üçün müraciət etsək də, Konstitusiya ilə təminat verilən sərbəst toplaşmaq azadlığı hüququnuza qadağa qoyulub. Bakı İnzibati Məhkəməsinə bu qadağanın aradan qaldırılması ilə bağlı verdiyimiz ərizədən isə,  ümumiyyətlə soraq yoxdur. Nə Orxan Həsənov,  nə Həmid Ağalarov BŞİH-ə vəkillik edən hakimlik qərarlarını verir .

Nə isə mövzudan uzaq olmasa da, söhbətdən uzaq olmayaq. Bakı Apellyasiya Məhkəməsinin süründürməçiliyinə , işgəncəsinə kim son qoyacaq? Ali Məhkəmənin 3 aydır ləğv etdiyi işə baxılmasını tələb edirik. Abid Qafarovun azadlıq hüququ vardır! Abid Qafarovun HAQQ SƏSİNİ evindən, elindən, obasından, kəndindən eşitmək də bizim haqqımızdır!

ABİD QAFAROVA AZADLIQ ! ! !

Məğrur Bədəlsoy,

1-ci dərəcəli Qarabağ əlili, Qarabağ qazilərinin Abid Qafarovun hüquqlarını müdafiə komitəsinin sədri

0.018172979354858