İşsizlik sığortasından kimlər yararlanır?

İşsizlik sığortasından kimlər yararlanır?
 
 

Bu sığorta fonduna töhfə verən bütün işçilər işdən çıxdıqda ondan yararlanmalıdır

"Paralel.az" xəbər verir ki, "İşsizlikdən Sığorta haqqında" Qanunu işçilərin itrilmiş əmək haqqıni bərpa etməyi nəzərdə tutur.
Bu qanunun məqsədi Azərbaycan Respublikasının əmək bazarında sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verməkdir.
İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanunu bütün işçilərə şamil olunursa və bütün işçilərdən icbari işsizlik sığortası pulu tutulursa, bu qanun öz iradəsindən asılı olmayaraq və ya işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilmiş bütün işçilərə şamil edilməlidir.
Çox təəssüflər olsun ki, hazırda işsizlik sığortasından yalnız iş yerləri ixtisara düşmüş işçilər yararlana bilir.
Azər Quliyev.

0.018557071685791