Peskov dron hücumunda ABŞ-ı günahlandırıb
Peskov ABŞ-ı dronlarla Kremlə hücumda ittiham edib
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mayın 3-nə keçən gecə, baş verən dron hücumuna görə Vaşinqtonu günahlandırıb. O, bunu jurnalistlərlə konfrans zamanı ABŞ dövlət katibi Entoni Blinkenin sözlərini şərh edərkən deyib.
“Həm Kiyevdə, həm də Vaşinqtonda bunu inkar etmək cəhdləri, əlbəttə ki, tamamilə gülüncdür.
Biz yaxşı bilirik ki, bu cür hərəkətlərlə, terror aktları ilə bağlı qərarlar Kiyevdə deyil, Vaşinqtonda verilir. Kiyev isə onlara deyilənləri yerinə yetirir. Əslində biz bilirik ki, məqsədləri çox vaxt Kiyev deyil, planlar Vaşinqtonda müəyyən edilir Kiyevə ötürülür ki, Kiyev də onları yerinə yetirsin. Kiyevə hər dəfə vasitə seçmək hüququ verilmir, sadəcə tez-tez okeanın o tayından diktə olunur. Biz bunu yaxşı bilirik”, - Peskov bildirib.
Putinin sözçüsü iki dəfə vurğulayıb ki, Kreml dron hücumunun arxasında Vaşinqtonun olduğuna inanır:
O, əlavə edib ki, Vaşinqton münaqişədə belə birbaşa iştirakın nə qədər təhlükəli olduğunu başa düşməlidir. "2000-ci illərin əvvəllərində Rusiya Çeçenistan Respublikasında beynəlxalq terrorizmlə mübarizə apararkən Putinin dəfələrlə Qərb ictimaiyyətini necə çağırdığını və “beynəlxalq terrorçuları əllərilə yedizdirməməyə çağırdığını, gec-tez sizi vuracaqlar” dediyini xatırlamaq vacibdir, - deyə, Peskov bildirib.
Şahnaz, "Paralel.az"