İran "qırmızı xətti" keçib

İran
 

Prezident İlham Əliyev :
"Azərbaycan ilə İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir və onların həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir."

"Paralel.az" xəbər verir ki, Prezident bu fikirləri Şuşada keçirilən beynəlxalq konfrasda bildirib.

Konfrasda iştirak edən beynəlxalq nümayəndələrin suallarını cavablandırarkən Prezident deputat Fazil Mustafaya qarşı törədilən terrora da münasibət bildirib.
Prezident hüquq-mühafizə qurumların səyi ilə bu terror hadisəsini törədənlərin məsuliyyətə cəlb olunduğunu açıqlayıb.
İlham Əliyev tutulan terrorçu dəstə üzvlərinin tapşırıqları İrandan aldıqları ilə bağlı ifadələr verdiyini diqqətə çatdırıb.

Prezident bildirib :
Bu artıq “qırmızı xətti” keçməkdir.
Hesab edirik ki, bu terror hökumət səviyyəsində təşkil olunub.
Buna görə, biz tələb edirik: birincisi, Azərbaycandan olan və İranda özünə sığınacaq tapmış bəzi terrorçuların ekstradisiyası baş tutsun. Biz səfirliyimizə qarşı törədilmiş terror hücumunun şəffaf araşdırılmasını tələb edirik.

İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Onlar bunu nə qədər tez anlasalar, biz normallaşma əlamətlərini bir o qədər tez görə bilərik.

Səfurə

0.030658006668091