İki pilotsuz təyyarə Vladimir Putinin Kreml iqamətgahına hücum etdi

İki pilotsuz təyyarə Vladimir Putinin Kreml iqamətgahına hücum etdi
 

İki pilotsuz təyyarə Vladimir Putinin Kreml iqamətgahına hücum etdi

"Zelenskinin Kiyevdəki iqamətgahına zərbə endirilsin!"

Dövlət Dumasının Krımdan olan deputatı Kremlə pilotsuz təyyarə hücumundan sonra Zelenskinin Kiyevdəki iqamətgahına zərbə endirməyə çağırıb.

Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet Ukrayna prezidentinin Kiyevdəki iqamətgahına raket zərbəsi endirilməsini tələb edib. O, bu bəyanatı Rusiya Federasiyası Prezidentinin administrasiyası mayın 3-nə keçən gecə Ukraynaya məxsus iki pilotsuz təyyarənin Vladimir Putinin Kreml iqamətgahına hücum etməyə cəhd etdiyini elan etdikdən sonra verib.

“Terrorçular Kiyevdə məskunlaşıblar və bildiyiniz kimi, onlarla danışıqların mənası yoxdur. onları yalnız və tez və amansızcasına məhv etmək lazımdır. Zelenskinin Kiyevdəki iqamətgahına raket zərbəsi endirməyin vaxtıdır. Mən sizə koordinatları verməyə hazıram - Ukrayna prezidentinin administrasiyasının yerləşdiyi Bankova küçəsi 11. Ukraynanın bu günə çevrildiyi terror dövlətinin ən ağrılı nöqtələrini vurmağın vaxtıdır”, - deyə Şeremet RİA Novosti-yə bildirib.

Daha əvvəl Kreml Qızıl Meydandakı pilotsuz uçan aparatların “radar döyüş sistemlərinin istifadəsi ilə” sıradan çıxarıldığını, insident nəticəsində tələfat və maddi ziyanın olmadığını bildirmişdi.

Kremlin mətbuat xidməti əlavə edib ki, hakimiyyət bu hücumu “planlaşdırılmış terror aktı və Rusiya Federasiyası prezidentinin həyatına qəsd” kimi qiymətləndirir.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, dron hücumu zamanı Vladimir Putin Kremldə olmayıb.

Akif Nəsirli, "Paralel.az"

0.022660970687866