Paşinyan "bölgəmizdə deformasiyaya uğramış təhlükəsizlik və sabitlik sistemlərindən" danışıb

Paşinyan
 

“Bu o deməkdir ki, biz əlavə təhlükəsizlik problemləri ilə üzləşirik. Əvvəlcə regionumuzda təhlükəsizliyi və sabitliyi təmin etməli olan sistem, açıq-aydın, kifayət qədər səmərəli işləmir”, - Ermənistanın baş naziri parlamentdə deyib.

Onun sözlərinə görə, bu kontekstdə Ermənistanın strateji vəzifəsi bu deformasiya nəticəsində yaranmış problemləri idarə etmək və qanun pozuntularını düzəltməkdir.

“Bəs bunu hansı metod və üsullarla etmək olar? Ümumi təhlükəsizlik arxitekturasına yeni komponentlərin əlavə edilməsi təklifi bizə nə vəd edir? Bunun strateji təhlükəsizliyi təmin edəcəyi dəqiq deyil, çünki yeni komponentlər müəyyən mövcud riskləri idarə edə bilsə də, digər tərəfdən, öz növbəsində yeni risklər yarada bilər”, - deyə o bildirib.

Akif Nəsirli, "Paralel.az"

0.026761054992676