"Cəmiyyət bunun niyə baş verdiyini çox yaxşı anlayıb" - Kaxa Kaladze

 

Tbilisi meri: "Gürcüstan namizəd statusunu almaq üçün ölkəyə təqdim edilmiş 12 tövsiyənin icrası üzərində diqqətlə çalışır. Əgər status verilməsə, "bu, problem deyil".

Gürcüstan Avropa İttifaqına (Aİ) üzv olmaq üçün namizəd statusu almayıb, çünki ölkə rəhbərliyi Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina edib. Gürcüstan hakimiyyəti Aİ üçün problem yaradır.
Bu barədə "TASS" informasiya agentliyi Tbilisi meri Kaxa Kaladzenin sözlərinə istinadən xəbər verib.
"Cəmiyyət bunun niyə baş verdiyini çox yaxşı anlayıb. Gürcüstan hakimiyyəti namizəd statusunu almaq üçün ölkəyə təqdim edilmiş 12 tövsiyənin icrası üzərində diqqətlə çalışır. Onun sözlərinə görə, əgər status verilməsə, "bu, problem deyil".
Şahnaz, "Paralel.az"
 

 

0.024163961410522