Əmək hüquqlarımız necə qorunur?

Əmək hüquqlarımız necə qorunur?
 

Azərbaycanda əsasən Əmək Məcəlləsinin 70-ci maddəsi məşhurdur. Məsələn, dilimizdə məşhurlaşan "maddə ilə işdən qovulma" məhz Əmək Məcəlləsinin bu maddəsinə əsaslsnır.

Amma çox təəssüf ki, Əmək Məcəlləsinin işçilərini daha çox hüquqlarını qoruyan maddəsi barədə əksəriyyətimiz heç nə bilmirik. Məsələn, Əmək Məcəlləsinin  300-cü maddəsinə əksər hallarda tam riayət  olunmur və ya nadir hallarda riayət  olunur. Kifayət qədər əsaslar olmasına rəğmən bu maddənin maddi hüquq norması tam təmin olunmur.

Belə ki, Əmək Məcəlləsinin bu  maddəsinə əsasən:  əgər işəgötürən Əmək müqaviləsini Əmək Məcəlləsində  nəzərdə tutulmuş əsasları pozmaqla  əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə, qətnamədə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini nəzərdə tuta bilər.

Lakin, İşçinin iddiası təmin olunarkən və bu barədə Məhkəmə qətnamələri qəbul edilərkən çox təəssüf ki, əksər hallarda məhkəmə işçinin: hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği,  işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi və maddi  ziyan, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi xərclər, banklardan götürdüyü kredit, müalicə xərcləri və sair xərclər nəzərə almır.

Akif Nəsirli, "Paralel.az"

0.028218030929565