Volodin may ayında qüvvəyə minən qanunlardan danışıb

Volodin may ayında qüvvəyə minən qanunlardan danışıb
 

May ayında Rusiyada yetkinlik yaşına çatmayanlara vapların satışını qadağan edən və beynəlxalq qurumların qanunsuz qərarlarının icrasını cəzalandıran qanunlar qüvvəyə minib.
Bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün Telegram kanalında danışıb.

Rusiya parlamentinin aşağı palatasının sədri xatırladıb ki, vapinq haqqında qanun rusiyalıların çoxsaylı şikayətlərindən və uşaqların sağlamlığına mümkün zərərlə bağlı narahatlıqlarından sonra qəbul edilib.
“Qanun yetkinlik yaşına çatmayanlara, o cümlədən tərkibində nikotin olan vapların və onlar üçün istehlak materiallarının satışını qadağan edir. Bu qərar bizim uşaqlarımızın sağlamlığını qoruyacaq”, - Volodin bildirib.

O, həmçinin bildirib ki, xarici dövlət orqanlarının və beynəlxalq təşkilatların qanunsuz qərarlarının icrasına kömək edən şəxsləri 5 ilədək həbs cəzası gözləyir.

Bu qanun Volodinin və böyük bir deputat qrupunun təşəbbüsü ilə Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin və Rusiyada Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvovanın “həbs olunmasına” order verilməsi ilə əlaqədar hazırlanıb. 

Şahnaz Salehqızı, "Paralel.az"

0.011371850967407