Parisdə Heydər Əliyevin 100 illiyi qeyd olunub

Parisdə Heydər Əliyevin 100 illiyi qeyd olunub
 

Fransanın paytaxtı Parisdə müasir Azərbaycanındövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsrolunmuş konsert keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi Fransa-Azərbaycan Dialoqu Assosiasiyasınıntəşkilatçılığı ilə baş tutan konsertdə fransalısiyasətçilər, elm xadimləri, adamları, jurnalistlər yerli ictmaiyyətin digər nümayəndələri iştirak ediblər.

Konsert öncəsi çıxış edən fransalı professor Kərimİfrak xalqımızın böyük öndəri Heydər Əliyevi lbidaim Vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqınabağlı olan, respublikanı zamanın çətin sınaqlarındanyüksək məharətlə çıxaran, ən düzgün çıxış yolu tapanmüdrik uzaqgörən lider adlandırıb.

Dahi şəxsiyyətin Azərbaycan tarixində və beynəlxalq arenadakı müstəsna rolundan danışılıb, demokratik, hüquqi dövlət quruculuğu, ölkəmizin qüdrətli dövlətə çevrilməsi, xalqın rifahının yüksəldilməsiistiqamətində göstərdiyi misilsiz xidmətlərə və dünya siyasətinə verdiyi töhfələrə diqqət cəlb edilib.

Sonra Eldəniz Ələkbərzadənin (fortepiano) və Ağarəhim Quliyevin (fleyta) ifasında Azərbaycanın və dünyanın tanınmış bəstəkarları Qara Qarayevin, Fikrət Əmirovun, İohan Sebastyan Baxın, Lüdviq van Bethovenin, Sergey Prokofyevin əsərləri, Heydər Əliyevin çox sevdiyi “Ay Laçın, Sarı gəlin, Küçələrə su səpmişəm Azərbaycan xalq mahnıları təqdim olunub.

Tədbir iştirakçılarına paylanılan konsert proqramında xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat əks olunub.

"Paralel.az"

0.023278951644897