Bu nədir axı... - Məmməd Talıblı

Bu nədir axı... - Məmməd Talıblı
 

Formula-1 yarışmasına insanlar canına dişinə tutub bir təhər dözürdülər ki, "vaxtı bitsəydi"... Sonuna gəldiyini zənn etdiyimiz yarışmanın vaxtını hələ 2026-cı ilə qədər Bakıda keçiriləcəyi ilə bağlı yeni qərar verilib.

Bu nədir axı... Şəhərin mərkəzində çoxmilyonlu sakinlərin rahatlığın pozub, idman avtomobillərinin yarışması hansı mədəniyyət hadisəsidir?

Nə kültürdür, nə innovasiyadır axı...
Əslində fəlsəfi nöqteyi-nəzərdən yanaşanda, zövq ala bilmədiyin şey işgəncədir. Zillətdir, qaranlıqdır və antiinsanidir.

Mənim üçün avtoyarışma, xoruz döyüşdürmə, it boğuşdurmaq eyni anlamlı əyləncədir. Ərəb zövqlü əyləncədir. Kopud təzahürlüdür. Qabadır və qeyri-estetikdir.

Gözəlliyi öyrənən estetika elm bölməsi kimi mövcuddur və yaşayır. Gözəllik həyacan yaratmalıdır. Amma bu avtoyarışma fiziki həyacan yaradır. Avtomobil yanır, ətrafdakı beton plitələrə dəyib partlayır və s. Z. Freyd yazırdı ki, gözəllik və həyacanlanmaq biri-birinə qarşılıqlı tellərlə bağlı olduğu üçün həyacan yaradır.

Freyd fiziki yox, mənəvi həyacanı nəzərdə tuturdu. Freydi anlamayan eyforiya adamları küçələrdəki avtomobil şütüməsini bəlkə də öz çevrələrində mədəniyyət tədbiri kimi xarakteriza edirlər.

Müasir dünyanın meqatrendlərindən geri qaldığımız sahələrin tətbiq məkanı elə bil Azərbaycandır.

Kubar əyləncə, modern estetikanın obyektləri isə çoxrənglidir. İctimai məzmunludur. Yenilikçi ruhludur. Və çoxluğun zövqünün bəsləyəcisidir.

Bax, bu estetika nümunələrinə həsrət qalmışıq.

"Paralel.az"

 

0.018810033798218