A. M. Şərifzadə küçəsində ağaclar kütləvi qırılır, yerində obyektlər tikilir - FOTO

A. M. Şərifzadə küçəsində ağaclar kütləvi qırılır, yerində obyektlər tikilir - FOTO
 

Elşad Həsənov Yasamalda ağaclara qırır, ETS naziri Muxtar Babayev isə özünü korluğa vurub?

Ötən yazımızda Yasamal RİH icra başçısı Elşad Həsənovun ağacları kütləvi qırması barədə yazmışdıq.

Gözləyirdik ki, bu yazıdan sonra rayonda ağaclara qarşı icra başçısının qəzəbi və tamahı bir qədər ara verər.

Amma bu gün A. M. Şərifzadə küçəsi 94 ünvanda iri gövdəli ağacın kəsilməsi ilə qarşılaşdıq.
Şəkili təqdim edirik.

Bina sakinlərinin verdiyi məlumata görə, RİH başçısı A. M. Şərifzadə küçəsində yerləşən bütün binaların birinci mərtəbəsindəki mənzillərin kütləvi şəkildə müxtəlif obyektlərə çevirməklə məşğuldurlar və rüşvət hesabına imkanlı adamlarla əlbir olaraq, binaların qarşısındakı ağacları gecələr kəsirlər.

Maraqlı haldır ki, binaların qarşısından keçən qaz boruları kəsilir, yeri dəyişdirilir, yenidən quraşdırılır. Bəs bunu kim edir? Deməli, Yasamal qaz idarəsi də qanunsuz tikinti ilə məşğuldur.

A. M. Şərifzadə küçəsindəki beşmərtəbəli binalarda yaşayan insanlar küçədəki ağacların kütləvi qırılmasından bütün dövlət orqanlarına şikayət etdiklərini, lakin heç bir tədbir görülmədiyini bildirdilər.

Akif

0.018573999404907