Qarabağ Komitəsinin AÇIQLAMASI

Qarabağ Komitəsinin AÇIQLAMASI
 

27 aprel 2023-cü il tarixdə Qarabağ Komitəsi İdarə heyətinin növbəti toplantısı keçirilib. 

Toplantı iştirakçıları Laçın - Xankəndi yolu üzərində sərhəd-keçid məntəqəsinin tikilməsini Azərbaycanın 2020-ci il 44 günlük vətən müharibəsində qazandığı böyük qələbənin davamı olduğunu qeyd ediblər. Bununla da Azərbaycanın Xankəndi şəhərilə Ermənistan arasında nəzarətdən kənarda qalmış yolun sərhədçilərimizin nəzarətinə keçməsini yüksək qiymətləndiriblər.
Komitə üzvləri, həmçinin Laçın - Xankəndi yolu üzərində sərhəd - keçid məntəqəsinin qurulmasını pisləyən ABŞ, Fransa, İran, Rusiya və digər Ermənistanı himayə edən dövlətlərin yanlış mövqeyini tənqid ediblər və Azərbaycan ordusunun sərhəd - keçid məntəqəsini qurmaq üçün göstərdiyi qəhrəmanlığı müdafiə ediblər.
İdarə Heyətinin üzvləri Laçın - Xankəndi yolu üzərində sərhəd - keçid məntəqəsinin tikilməsini Azərbaycan - Ermənistan münasibətlərinin nizamlanması və Azərbaycanın Qarabağ üzərində suverenliyinin tam bərpası istiqamətində atılan ciddi addım kimi qiymətləndiriblər.
Qarabağ Komitəsinin üzvləri ölkə prezidentinin Azərbaycan televiziyasına verdiyi müsahibəni Ermənistan və havadarlarına qarşı əhəmiyyətli və sərt icmarıc kimi dəyərləndirib və müsahibədə vurğulanan fikirlərin əməli işlə həyata keçirilməsini vacib hesab ediblər.
Toplantı iştirakçıları Laçın - Xankəndi yolu üzərində tikilən sərhəd - keçid məntəqəsinə Azərbaycan sərhədçiləri ilə bərabər Rusiya sülhməramlılarının nəzarət etməsini bundan sonra Azərbaycan - Ermənistan arasında baş verə biləcək münaqişələr üçün zəmin yaratdığını vurğulayıblar.
Qarabağ Komitəsinin üzvləri cinayətkar Xankəndi qondarma rejiminin rəhbərləri Arayik Arutunyanın həbs edilməsini və məhkəmə qarşısına çıxarılmasını Azərbaycan hökumətindən tələb ediblər.
Toplantıda vurğulanıb ki, vətəndaşlar inanmaq istəyir ki, dövlət başçısının müsahibədə vurğuladığı fikirlər düşmənin düşündüyü kimi, daxili auditoriyaya yox, Qarabağda at oynadan separatçıların cəzalandırılmasına, onların həbs edilməsinin təmin olunmasına xidmət etsin.
Qarabağ Komitəsinin üzvləri işğaldan azad olunmuş ərazilərdə yerli əhalinin, məcburi qaçqın və köçkün insanların torpaq mülkiyyəti hüququnun tam təmin olunmasını Azərbaycan hökumətindən tələb edir.
Komitə üzvləri ölkədə İctimai Nəzarəti həyata keçirəcək yeni yaranmış təşkilat üzvlərinin Qarabağ Komitəsinin toplantısına qatılmasını müsbət hal kimi qiymətləndirir və təşkilat üzvlərinin fəaliyyətinə uğurlar diləyirlər. 

Şahnaz Salehqızı, "Paralel.az"

0.016879081726074