28 dəqiqəlik ölümdən sonrakı həyat...

28 dəqiqəlik ölümdən sonrakı həyat...
 

28 dəqiqəlik ölümdən sonrakı həyat...

Avstraliyalı taekvondo məşqçisi Fil Jdibel basketbol matçı zamanı infarkt keçirdib və 28 dəqiqə ölmüş vəziyyətdə olub. O, yenidən ayıldıqdan sonra yerli mediaya həmin vaxt gördüklərindən və hisslərini danışıb.

adisə Avstraliyalının Celonq şəhərində baş verib. Kişinin sözlərinə görə, o, koronar arteriya anevrizması səbəbindən infarkt keçirib. Bundan sonra 57 yaşlı kişinin oğlu Coşua təcili yardım çağırıb. Həmin vaxt meydançada olan tibb bacısı isə həkimlərin gəlməsini gözləmədən ona süni tənəffüs verməyə başlayıb. Məşqçinin sözlərinə görə, bütün bu müddətdə baş verənləri o, cansız bədənini və onu həyata qaytarma cəhdlərini kənardan izləyib. Kişinin iddiasına görə o, özünün havada uçmasını da hiss edib. Zərərçəkən xəstəxanaya aparılıb. Bir neçə gündən sonra kişi ayılıb və həkimlər ona 28 dəqiqə davam edən klinik ölüm yaşadığını bildiriblər.

Avstraliyalı bu təcrübədən sonra həyata baxışının dəyişdiyini etiraf edib: “Yaşadığımız xırda problemlər əmin olun ki, narahat olmağa dəyməz", - deyə Jdibel vurğulayıb.

Qeyd edək ki, 57 yaşlı kişinin ürəyinə stent qoyulub və o, artıq xəstəxanadan buraxılıb.

Akif, "Paralel.az"

0.019193172454834