Yeni yaradılmış şirkət tenderin qalibi elan edildi

Yeni yaradılmış şirkət tenderin qalibi elan edildi
 

Xızı Rayon İcra Hakimiyyəti Başçısının Xızı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Xızı rayon Sitalçay kəndində 10 saylı 4 mənzilli 2 mərtəbəli yaşayış binasının dam ötüyünün dəyişdirilməsi ilə bağlı elan etdiyi sorğuya yekun vurub.

Paralel.az ” xəbər verir ki, sorğunun qalibi “Blueprint Construction” MMC olub.

Qalib təşkilatla 17,778 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Qeyd edək ki, “Blueprint Construction” MMC 02.09.2022 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Abbasov İlqar Abbas oğludur. Nizamnamə kapitalı 1000 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Məzahir Rüstəmov, ev 17, m. 30-dur.


"Paralel.az"

 

0.081328868865967