Sahibkarlarla növbəti görüş Ağdam rayonunda keçiriləcək

Sahibkarlarla növbəti görüş Ağdam rayonunda keçiriləcək
 

 

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

"Paralel.az" xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Ağdam rayonu, Mədəniyyət Evinin qarşısında baş tutacaq.

“Səyyar qəbul otağı” aprel ayının 19-da saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

0.01081109046936