MİT FETÖ-nün rəhbərlərindən birini həbs edib

MİT FETÖ-nün rəhbərlərindən birini həbs edib
 

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) daha bir antiterror əməliyyatı keçirib.

"Paralel.az" “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, Mehmet Cintos adlı şəxs xaricdə keçirilən əməliyyatla saxlanılaraq Türkiyəyə gətirilib.

Cintos PKK-nin hazırkı maliyyə strukturunda rəhbər şəxs olub.

O, daha əvvəl 1995-2014-cü illərdə FETÖ-nün Azərbaycan üzrə baş müdir vəzifəsində işləyib.

Cintos 2014-cü ildə Türkiyəyə qayıdıb və 15 iyul çevriliş cəhdindən sonra xaricə qaçıb.

0.018351078033447