Baqratdan ŞOK: "Bir neçə gün səbirli olun və..."

Baqratdan ŞOK:
 

Biz buna 6 il dözdük - bir neçə gün də bu əzaba, fəlakətə, dağıntıya dözün... İndi aydın və sakit hərəkət edirik.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın “Vətən naminə” hərəkatının lideri, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, təxribatçı və revanşist keşiş Baqrat Qalstanyan mayın 21-də jurnalistlərlə söhbətində deyib.

O, Paşinyanı devirəcəyinə əminliyini ifadə edib.

“Heç nə dəyişməyib, onlar (hakimiyyət – red.) sadəcə narahatdırlar. Onlar kiminsə “qulağını” axtarırlar, çünki özləri hakimiyyətə belə gəliblər. Nəsə deyənlərin tərcümeyi-halına baxın”, - deyə Qalstanyan əlavə edib.

Təxribatçı keşişin sözlərinə görə, hər gün bütün ermənilərin katolikosu II Karekinlə görüşür və onunla təfərrüatları müzakirə edir.

 

0.054553985595703