Azərbaycana bu ölkələrdən turist axını artıb

Azərbaycana bu ölkələrdən turist axını artıb
 

Bu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 174 ölkəsindən 726,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 38,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən (DSK) Ölkə.az-a verilən məlumata görə, gələnlərin 28,8 faizi Rusiya Federasiyası, 19,0 faizi Türkiyə, 9,7 faizi İran, 8,4 faizi Hindistan, 4,6 faizi Gürcüstan, 3,1 faizi Qazaxıstan, hər birindən 2,4 faiz olmaqla Səudiyyə Ərəbistanı və Pakistan, 1,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, hər birindən 1,4 faiz olmaqla Ukrayna və Türkmənistan, 1,3 faizi Küveyt, 1,2 faizi Belarus, 1,1 faizi Çin, 11,5 faizi digər ölkələrin vətəndaşları olub.

Gələnlərin 71,1 faizini kişilər, 28,9 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,3 dəfə, Hindistandan - 2,4 dəfə, Qazaxıstandan - 2,1 dəfə, Cənubi Koreyadan - 2,0 dəfə, Səudiyyə Ərəbistanından - 2,0 dəfə, Bəhreyndən - 2,0 dəfə, Qırğızıstandan - 1,9 dəfə, Filippindən - 1,9 dəfə, Omandan - 1,9 dəfə, İspaniyadan - 1,8 dəfə, İrandan - 1,6 dəfə,Tacikistandan - 1,6 dəfə, Misirdən - 1,5 dəfə, Türkmənistandan - 1,5 dəfə, Küveytdən - 1,5 dəfə, Yəməndən - 49,8 faiz, İordaniyadan - 49,4 faiz, İtaliyadan - 49,1 faiz, Pakistandan - 41,6 faiz, Özbəkistandan - 33,4 faiz, Polşadan - 28,2 faiz, Almaniyadan - 28,0 faiz, Türkiyədən - 25,9 faiz, Rusiya Federasiyasından - 25,8 faiz, Ukraynadan - 23,9 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 22,3 faiz, Gürcüstandan - 15,4 faiz, ABŞ-dan - 12,7 faiz, Fransadan - 11,5 faiz artıb. 

2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 121,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 35,6 faiz artaraq 27,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 30,3 faiz artaraq 277,9 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,7 faizi hava, 28,9 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 29,4 faiz artaraq 638,2 min nəfər olub.

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 43,8 faiz, Türkiyəyə gedənlərin sayı 27,0 faiz, Gürcüstana gedənlərin sayı 25,2 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 16,7 faiz artıb.

Azərbaycan vətəndaşlarının 38,2 faizi Türkiyəyə, 21,7 faizi Rusiya Federasiyasına, 9,1 faizi Gürcüstana, 8,7 faizi İrana, 22,3 faizi digər ölkələrə səfər edib.

Gedənlərin 67,5 faizini kişilər, 32,5 faizini qadınlar təşkil edib.

2024-cü ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,6 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.

 

0.018432855606079