Jurnalistdən Əmrullayevlə Abbaszadəyə etiraz: Bunu ləğv edin!

Jurnalistdən Əmrullayevlə Abbaszadəyə etiraz: Bunu ləğv edin!
 

"Az öncə Naxçıvan Muxtar Respublikasında nəşr olunan rəsmi qəzetdə- "Şərq qapısı"nda bir məqalə oxudum. Doğrusu, məqalədə yer alan bir məlumatın səhihliyinə inanmadım, inanmaq istəmədim. Ona görə də özüm yoxlamaq qərarına gəldim. Ölkənin ali məktəblərində "Məntiq" fənni tədris olunmurmuş. ". 

Paralel.az xəbər verir ki, bunu jurnalist Taleh Şahsuvarlı deyib. O, məntiq elminin ali məktəblərin tədris proqramından çıxarılmasına iradını bildirib:

"Ali məktəbin birinci vəzifəsi tələbələri elmi dünyagörüşə sahib etməkdir. Elmi dünyagörüşü olmayan kimsə ali təhsilli kadr sayıla bilməz. Məntiq isə elmi dünyagörüşün fundamentidir. Məntiqsiz elm yoxdur və ola da bilməz.  Bu fənni ali məktəb proqramından kim və hansı ağıla çıxardıb? 

İkincisi, Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğu üçün hüquq keçməyən məzunlardan qanunvericiliyi bilmək tələb edir. Sən demə, bu, toya getməliymiş.  DİM "Məntiq" keçməyən məzunlardan həm də imtahanlarda məntiq tələb edir. Nəyə görə Elm və Təhsil Nazirliyi, DİM özlərinə və bir-birlərinə sual etmirlər ki, hüquq keçməyən ali məktəb məzun qanunları, məntiq keçməyənlər məntiqi harada və necə öyrənməlidirlər ki, gəlib imtahanda suallara cavab versinlər? Belə təhsil, belə imtahan olar? "

Jurnalist 2 təklif də irəli sürüb:

"1) Yeni tədris ilindən bütün ali məktəblərdə bütün ixtisaslar üzrə "Hüququn əsasları" və "Məntiq" fənni tədris olunsun; 
2) DİM növbəti dövlət qulluğu imtahanlarında məntiq və qanunvericilklə bağlı sualları ləğv etsin. 

Əgər orta və ali məktəblərdə belə fənn keçirilmirsə, DİM bu barədə iddiaçıların qarşısına bilmək öhdəliyi qoya bilməz!"

 

 

0.032124996185303