Özünü doğruldan neqativ təhsil proqnozu, kaş səhv olardı - Dos. İlham Əhmədov
Özünü doğruldan neqativ təhsil proqnozu, kaş səhv olardı - Dos. İlham Əhmədov
Təhsil millətin gələcəyi, müstəqil dövlətin bünövrəsidir.
(Heydər Əliyev).
Təhsil dövlətin milli təhlükəsizlük məsələsidir. Amma bu sahədə durumumuz bərbad haldadır. Təhsil məmurları ölkənin gələcəyi olan elm və təhsil problemlərinin həllinə niyə bu qədər məsuliyyətsizlik edirlər?
2008-ci ildə rusdilli saytlara müsahibə vermişdik:
“АЗЕРБАЙДЖАНСКИЕ ВУЗЫ БЕЗНАДЕЖНО И НАДОЛГО ОТСТАЛИ ОТ ГЛОБАЛИЗАЦИИ - ИЛЬХАМ АХМЕДОВ
https://ia-centr.ru/experts/iats-mgu/azerbaydzhanskie-vuzy-beznadezhno-i-nadolgo-otstali-ot-globalizatsii-ilkham-akhmedov/?fbclid=IwZXh0bgNhZW0CMTEAAR2beGW5j5SUx28JocBv8jGtA2VxTy55n1IkXKGiVVpRtzQ0Ik3sK9BSjcY_aem_ASFVJXRGBWr3tJxciBCpKyMmxEByNgq8veajlb6lpqCgSjw4sR_B-5KUhTzPq3vnI5paELVsnXuIiUOhMLCKX2AV)
(YƏNİ, AZƏRBAYCAN UNİVERSİTETLƏRİ QLOBALLAŞMADAN UZUN MÜDDƏTƏ VƏ ÜMİDSİZ FORMADA GERİDƏDİR).
Bu məqalə o vaxt bir çox YERLİ saytlarda təkrar dərc edildi. RF universitetlərinin saytlarında da bu məqaləni dərc etmişdilər. Çünki, burda qeyd edilən bəzi problemlər RF universitetlərində də var idi.
Məqalənin azərbaycandilli versiyasi iri həcmli idi və bir çox qəzet, jurnal və saytlarda 2008-ci ildə dərc edildi (hətta ingilisdilli jurnalda da dərc edilmişdi).
Məqalə cəmiyyətdə, TN-də və bir çox dirələrdə böyük maraq doğurdu. Sanki, aydın səmada ildiriımlar çaxdı. Çünki, bu məqalə dünya universitetlərinin qlobal reytinq cədvəlləri haqqında ölkəmizdə yazılan ilk məqalə idi. 2004-cü ildən bu reytinqlər tərtib edilsə də, 2008-də nə TN, nə də rektorlar korpusu bu haqda məlumatsız idilər. Məqalədə verdiyimiz proqnoz 16 ildən sonra da aktualdır, öz qüvvəsini saxlayıb.
16 il əvvəl yazılan məqalə bu sözlərlər bitir: "Azərbaycan universitetlərinin inkişafı üçün 20-25 illik inkişaf doktrinası qəbul edilməli, tədris-metodik və kadr təminatını mükəmməlləşdirməli, qabaqcıl dünya təcrübəsini öyrənib tətbiq etməli, elektron resurs bazaları yaratmalı, zəruri hüquqi təminat məsələləri həll edilməlidir. Bütün bunları etmədən, dünya səviyyəli universitetlər heç vaxt yarada bilməyəcəyik."
Gördüyümüz ki, verilən proqnoz, edilən xəbərdarlıq təəssüf ki, düz oldu. Özünü doğruldan bu neqativ təhsil proqnozu, kaş ki, səhv olardı. Amma bu işə məsul olanlar bu illər ərzində nəinki, heç nə etmədilər, deyəsən heç təəssüf hissi də keçirmirlər. Əgər bu illər ərzində səriştəli təhsil məmurlarımız olsaydı və düzgün addımlar atsaydılar fərqli nəticələr olardı.
Bu mənim uzaqgörənliyimin yox, bizim təhsil məmurlarının səriştəsizliyinin göstəricisidir. Mən də bir təhsil mütəxəssisi kimi, təhsildəki durumumuzun yaxşı omasını arzu edirəm, bundan ötəri 20 ildir bacardığım işləri görürəm, təhsil məmurlarına sanki yorulmadan "distant təhsil" verirəm (hərçənd onlar bu sözü 20 il ərzində heç sevmədilər).
Amma bu 20 il göstərdi ki, məmurlarımız yaxşı tələbə deyillərmiş. Nə öyrənmək istəmədilər, nə də ki, deyilənlərə əməl etmək istəmədilər.
Bu ərəfədə universitetlərin 2024-cü il üçün qlobal reytinqləri dərc edildi. Bizim universitetlər 20 illik ənənəsinə sadiq qalaraq, yenə də aşağı yerlərdə məskunlaşıblar.
Bu sahədə son 16 ildə heç nə dəyişmədi. Sadəcə nazirlər dəyişdi, universitetlər isə bataqlıqda qalmaqda davam etdi.
Bir fərq də var ki, əvvəl TN idi, indi ETN oldu. Amma vəziyyət yenə də dəyişmədi.
Mən hiss edirəm ki, təhsil məmurları sanki, bilərəkdən fəaliyyətsilik edir, səhv qərarlar verir, yanlış maliyyə və kadr siyasəti yürüdürlər. Çünki, bu qədər məqalələrlə 20 ildir durumu təhlil edir, səhvləri göstərir, yol göstərir, təkliflər veririk. Amma bunlara təsir etmir. Niyə? Bu vəziyyət kimlərin xeyrinədir?
Biz elm, təhsil, innovativ inkişaf, rəqəmsallaşma v.s. strateji sahələrdə qonşu ölkələrdən çox geridəyik.
Bu gün təhsilimiz, elmimiz, insanlarımız, gənclərimiz rəqabətədavamlı deyillər. Sabah da iqtisadiyyatımız rəqabətədavamlı olmayacaq.
Postneft dövrünə hansı potensialla gedirik?
Ölkədə normal elm, təhsil, innovativ inkişaf, rəqəmsallaşma olmasa, qeyri neft sektorunu necə ayağa qaldıracağıq?
Paralel.az