Nehrəmdə tanışını öldürən 18 yaşlı gənc hakim qarşısında

Nehrəmdə tanışını öldürən 18 yaşlı gənc hakim qarşısında
 

Naxçıvanda tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

"Paralel.az" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbə sakini 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin cari il yanvarın 6-da öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İbtidai istintaqla 2005-ci il təvəllüdlü Rəhman Süleymanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirməklə tanışı Tuncay Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rəhman Süleymanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

0.015914916992188