Netanyahu: “Müdafiə naziri vəzifəsində qalacaq”

Netanyahu: “Müdafiə naziri vəzifəsində qalacaq”
 

İsrailin müdafiə naziri Yoav Qallant daha əvvəl hökumətin gündəliyinə zidd olaraq məhkəmə islahatları haqqında danışdığı üçün işdən çıxarılsa da, vəzifəsində qalacaq.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu xalqa televiziya ilə müraciəti zamanı deyib.

“Bu günlərdə bütün cəbhələrdə 24/7 birlikdə işləyirik. Qarşımızda ciddi vəzifələr var. Aramızda fikir ayrılıqları, hətta bir neçə məsələdə ciddi fikir ayrılıqları olub, amma mən bunu bir kənara qoymaq qərarına gəldim. Qallant öz vəzifəsində qalır, biz İsrail vətəndaşlarının təhlükəsizliyi üçün birlikdə işləməyə davam edəcəyik”-deyə, o bildirib.

0.038516044616699