Silahlılar 80 nəfəri oğurladı

Silahlılar 80 nəfəri oğurladı
 


Nigeriyanın şimal-qərbində silahlılar çoxu uşaq və qadınlar olmaqla 80 nəfəri oğurlayıb.

 "Paralel.az" "Premium Times” qəzetinə istinadən xəbər verir ki, hadisə Zamfara ştatının Tsafe kəndində baş verib.

Qaçırılan şəxslər kəndin sakinləridir. Onlar naməlum istiqamətə aparılıblar. 

Yerli sakinlər oğurlananların sayının 100-dən çox ola biləcəyini istisna etmirlər. Oğurlananların azad edilməsi üçün əraziyə hərbiçilər göndərilib.

0.019819021224976